/
Hansı lazer cihazını seçəcəyinizi bilmirsiniz?
03/07/2023

Üç Fərqli Metod

 

İstər yeni lazer epilyasiya cihazı almaq istəyən istifadəçiləri, istərsədə xidmətdən yararlanan pasientləri yalnız bir sual maraqlandırır. Hansı lazer epilyasiyası cihazı daha effektivdir? Öncəliklə hal-hazırda populyar olan 3 əsas cihazı müqayisə edək. 

1. Alexandrite lazer

2. Diod lazer

3.Saprano lazer (ütüləmə texnikası)

 

Öncəliklə ən geniş istifadə olunan Alexandrite lazer epilyasiyası cihazının xüsusiyyətləti ilə tanış olaq. Alexandrite lazer cihazının təsir etdiyi dalğa sahəsi 755 nm olub, tünd rəng dəri tipindən başqa digər bütün dəri tipləri üçün uyğundur. Əsasən qara və tünd qəhvəyi tüklərə təsir edir. Bütün bədən üzvlərində istifadə edilə bilər ,lakin üz üçün istifadəsi uyğun deyildir.Hərçənd ki, bu vacib istifadə qaydasına nə istifadəçi, nə də lazeroloq məhəl qoymayır amma bu dəridə rəng dəyişkənliyinə ,ləkə yaranmasına səbəb ola bilər. Cihazın mənfi cəhəti üzdə istifadəsi zamanı tükün artmasına səbəb olmasıdır. Bəzi həssas bölgələrdə soyuducu ilə istifadəsi mümkündür və cihazın təsir güçünü azaltmır. Yanma hissi nisbətən azalır. Alexandrite lazer cihazları bədən üçün ən effektiv cihazlardır.Hər seans aralığında tüklərin tökülməsi müşahidə olunur.70-90% uğurlu nəticə almaq mümkünür.Bu cihazlar maliyyə baxımından olduqca yüksək qiymətlidir.

 

Diod lazer cihazının təsir etdiyi dalğa sahəsi 810 nm olub, yüksək dalğa axınına malikdir. Bütün dəri tipləri üçün uyğundur. Dəri rəngi tünd olan pasientlərdə də rahatlıqla istifadə edilə bilər. Tünd və orta tündlükdə olan tük rəngləri üçün effektivdir. Qalın tüklər üçün ən effektiv lazer cihazıdır. Alexandrite lazer cihazından fərqli olaraq Diod lazer cihazları üz nahiyəsində istifadə üçün uyğundur. 65-85% nəticə əldə etmək mümkündür. Cihazın mənfi cəhəti seans aralığında bəzi tüklərin tökülməməsidir.Soyuducu ilə istifadəsi lazerin təsir gücünü azaltmır.

 

Saprano lazer (ütüləmə texnikası) cihazları , diod lazer cihazında olduğu kimi 810 nm dalğa sahəsinə malikdir. Bütün dəri tiplərinə uyğundur. Bütün bədən üzvləri və üz üçün istifadəsi uyğundur. Proses zamanı heç bir yanma və ağrı hissi olmur. Cihazın mənfi  cəhəti tükün qalıcı olaraq tökülməsinin individual olmasıdır.Bu lazer cihazını istifadə edən pasientlərin demək olar ki, yarısında nəticə almaq olmur.Yalnız 40-65% nəticə almaq mümkün olur.Lakin maliyyə baxımında orta qiymətlidir.

Ümumi olaraq heç bir lazer cihazı melanin pigmenti olmayan (sarı və ağ) tüklərə təsir etmir. Bütün lazer cihazları həssan bədən üzvlərində ağrı hissi yaradır. Xüsusi ilə intim bölgədə, qoltuq altı zonada ,yağ qatının az olduğu bütün zonalarda ağrı hissi nisbətən artıq olur.Bunun üçün seans öncəsi anestezik vasitələrdən istifadə oluna bilər.

 

Hələ də seçim edə bilmədiniz? Elə isə bizimlə əlaqə saxlayın, komandamızın peşəkar mütəxəssisləri xidmətinizdədir!