/
Aylıq texniki baxışın keçirilməsinin zəruriliyi
07/07/2023

Servis xidmətinin əhəmiyyəti

 

Servis xidmətimizin aylıq texniki baxışı zamanı problemi müəyyən etməsi və vaxtında müdaxiləsi ilə aparata dəyə biləcək daha ciddi zərərin qarşısı alınır. Aparatınızın ən az ayda 1 dəfə texniki müayinədən keçməsi vacibdir.

 

Aleksandrit lazer epilyasiyası zamanı diqqət etməli olduğunuz nüanslardan biri də şüşələrin təmizliyidir. Tükləri yandıran zaman çıxan qara tüstü şüşəyə hoparaq, şüşəni ləkələyir və buna nəzarət etmədikdə aparatın fiberini zədələyib ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən epilyasiya prosesi bitdikdən sonra şüşələrin təmizliyinə diqqət yetirmək mütləqdir. Əks təqdirdə aparatınıza daha ciddi zərər dəyə bilər. Aparatın əsas ehtiyyat hissələrindən olan HİTR cihazının işləkliyi sayəsində MGL aparatınının su filtirinin daxilindəki soyuq suyu isidib, suyun tempuraturunu qaldırır. Pro aparatlarının su filtirindəki soyuq suyun tempuraturunu isə olduğu kimi soyuq saxlayır.


Su filtirləri aparatlarda çox böyük önəmə sahibdir. Filtirlər "Cavity Block" daxilində Alexandrite daşı ətrafında atış edildikə "Cavity Block" hissəsi isinir. "Cavity Block"- un soyuması üçün daimi su sistemi dövran edir. Su filterinin

önəmi isə distillə su daxil edilsə, belə istər istəməz suda ləkələmələr, çirklər əmələ gəlir. Su filtiri həmin suyun içərisindəki zərərli və çirkli suları filtirdən keçirib təmiz suyu "Cavity Block" va Alexandrite daşına ötürür.


Alexandrite Candela aparatının blokunun hava filtirinə ən az ayda 1 dəfə texniki baxış edilməzsə, filterin üzərini toz qaplayır. Blokun hava filteri vaxtında təmizlənməsə, bu toz daha çox yığılaraq "HPVS" blokuna keçən hava axınını dayandırır. Nəticə də "HPVS" blokuna hava keçmədiyi üçün isinərək partlaya bilər.