/
Candela cihazları arasında fərqlər nədir?
18/06/2023

Maraqlıdır Candela aldıqda 4 Candela cihazı arasındakı fərqləri bilərək mi seçirik ?

 

Candela MGL -  Candela Mini Gentlelase cihazı uzun illərdir lazer epilyasiyasında öz yüksək keyfiyyətini təsdiqləmiş bir cihazdır. Böyük ölçülü başlığa malik olması (18mm) , sürətli epilyasiya etməyə imkan yaradır. Əlavə olaraq aparat yalnız Candelaya məxsus xüsusi patentləşdirilmiş Dinamik Dəri Soyutma Sistemi ( DCD ) ilə təhciz olunmuşdur. Lazer impulsundan həm əvvəl, həm də sonra dərinin optimal tempratura qədər soyuması proseduru ağrısız edir, piqment və yanıq izi qoymur. Cihaz isti suyla işləyir. Bu cihazda istifadə olunan daş Alexandrite daşıdır. Fiber bərkdir. Candela MGL cihazında biz öncəki atışların sayını menuda görə bilmirik.

 

Candela PRO Candela PRO cihazının atış sürəti 2Hz –dir. Candela PRO cihazının atış sürətinin yüksək olması, şüanın tükün kökünü tam yandırması, 1-4 növ dəriyə uyğunluğu proseduru maksimum effektiv edir. Əlavə olaraq cihaz yalnız Candelaya məxsus xüsusi patentləşdirilmiş Dinamik Dəri Soyutma Sistemi ( DCD ) ilə təhciz olunmuşdur. Lazer impulsundan həm əvvəl, həm də sonra dərinin optimal tempratura qədər soyuması proseduru ağrısız edir, piqment və yanıq izi qoymur. Bu cihazda lazerin yaydığı dalğa uzunluqları (755 nm) ilə tükdəki melanini ən güclü şəkildə hədəf alır və ətrafdakı toxumalara minimum səviyyədə təsir edir. Candela PRO öz seriyasının ən birinci və ən sadə buraxılışıdır. Cihaz soyuq su ilə işləyir. Fiber elastikdir.Bu cihaz, Alexandrite daşı ilə işləyir. Soft menusu sayəsində şüanın dəridə qalma müddətini və dərəcəsini təyin edə bilirik. Həmçinin bu menu sayəsində bütün atışlar qeyd olunur və istədiyiniz zaman keçmiş atışların sayına baxmaq mümkündür.

 

Candela PRO U – Candela Pro cihazının üst versiyası olan bu cihaz mütəxəssislərin fikrincə, məhz GentleLase Pro-U lazer epilyasiyasında keyfiyyət etalonu və qızıl standart hesab olunur. Candela PRO U həm tüklərin lazer epilyasiyasında, həm piqment ləkələrinin müalicəsi üsulunda Candela PRO U ideal seçimdir. Candela PRO U  həm tüklərin lazer epilyasiyasında, həm piqment ləkələrinin müalicəsi üsulunda ideal seçimdir. Bu cihazda Laser rale 2 yerə bölünür və cavity blok üçün əlavə yer var. Lakin ikinci cavity blok yoxdur. Əlavə olaraq yönləndirici linza var. Bu cihazda Dumbing sistemi mövcüddur.

 

Candela PRO MAX- Bu cihaz Candela PRO U cihazı ilə demək olar ki, eyni mexanizmə sahibdir. Cihazda əlavə olaraq 2-ci cavity blok mövcuddur. Cihaz ND YAG daşı ilə işləyir. Dumbing sistemi mövcuddur.

 

Candela PRO REF – Candela Pro cihazının eynisi olan bu cihazda dəyişən tək detal Roddur. Cihazı REF edən budur. Cihazda bütün detallar istəyə uyğun olaraq dəyişdirilə bilər.  Lakin cihazı REF edən tək şey Rod detalıdır.